Bizim şirkətin əsas fəaliyyətini, Xəzər dənizi hövzəsində icra olunan dalğıc işləri, 60m-ə qədər dərinlikdə sualtı-texniki işlər (sualtı qaynaq və kəsmə işləri daxil olmaqla), 1000m-ə qədər dərinliklərdə isə HSA (Heyətsiz Sualtı Apparat) sistemini istifadə etmək təşkil edir.
(Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 23.12.1996-сı il tarixdə qəbul olunmuş (dövlət reqistrasiyalı 32020 №-li sertifikatla) və Yasamal rayonunun vergilər inspeksiyası tərəfindən 07.01.1997-ci il tarixdə qeydiyyatdan keçmişdir (İNN №6375)).
Həmçinin şirkət öz fəaliyyəti üzrə RDGR (Rusiya Dəniz Gəmiçilik Registri), ABS (American Bureau of Shipping – Amerika Gəmiçilik Bürosu), DNV (Det Norske Veritas) kimi klassifikasiyalı təşkilatlarda, gəmilərin gövdələrinin sualtı hissələrinə və hidro-texniki qurğularına sualtı baxış keçirən şirkət kimi qeydiyyatdan keçmişdir. O cümlədən 2004-cü ilin mart ayından beynəlxalq İMCA (International Marine Contractors Association) təşkilatının Dalğıc Şöbəsi üzrə Podraçı-Üzvü kimi fəaliyyət göstərir.
Sifarişçiyə yüksək səviyyəli xidmət təqdim etmək məqsədi ilə, biznesin idarə olunmasının müasir metodikalarına uyğun olaraq şirkət öz tərkibinə Keyfiyyətin İdarə Olunması sistemini daxil etmişdir. Bu sistemi daxil etdikdən sonra İSO 9001:2000 standartlarına əsasən fəaliyyət göstərək Moody İnternational tərəfindən 22022 №-li sertifıikatı almışdır. Sertifikatın nüsxəsinə Sertifikatlar və Rəylər bölməsində baxa bilərsiniz.(Sertifikatlar və Rəylər)
Şübhəsiz olaraq, dalğıc işləri çox təhlükəli olduğuna görə işin icrasında təhlükəsizliyin təminatı birinci yerdə durur. İstehsal prosesinin hər mərhələsinin dəqiq yoxlanılması, ƏSM və ƏMM prosedur tələblərinə uyğun lazımi tədbirlərin görülməsi, heyətin kvalifikasiyasının yüksəldilməsi naminə vaxtlı-vaxtında periodik təlimlərin keçirilməsi, mümkün və ehtimal olunan riskin idarə olunması üzrə çoxmərhələli sistemin tətbiqi, həmçinin ətraf mühitin mühafizəsi və sifarişçinin işçi heyətinin, avadanlığının təhlükəsizliyinin təminatı daxil olmaqla, eləcədə üçüncü tərəfin heyət və avadanlığı üçün təhlükəsizliyin təminatı şirkətin iş prosesində qarşısına qoyduğu əsas məqsəddir. Bu günki tarixə biz fəxrlə deyə bilərik ki, on illik iş dövrü ərzində şirkətin iş proseslərində heç bir bədbəxt və istehsal travması ilə bitən hadisə olmayıb.
Bizim üçün böyük və kiçik layihələr yoxdur. Biz öz işimizə sevərək yanaşırıq və sifarişçinin tələblərini təmin etmək üçün bütün bilik və peşəkarlığımızı tətbiq edirik. İşin yüksək keyfiyyətlə yerinə yetirilməsi şirkətə sifarişçilər tərəfindən «Etibarlı Əməkdaş» adını qazandırmış, həmçinin 2006-cı ilin aprel ayında neft hasilatı üzrə öndə gedən AzSPU BP şirkəti ilə müqavilnin bağlanmasına səbəb olmuşdur. «Dalğıc» şirkəti BP şirkəti və onun podraçıları tərəfindən dalğıc və sualtı-texniki işlərin icraçısı kimi qəbul edilmiş və təsdiqlənmişdir.
(İcra olunmuş işlər haqqında daha geniş məlumatı Layihələr bölməsindən ala bilərsiniz).
Biz əməkdaşlığa və öz xidmətimizi təqdim etməyə daim hazırıq.
Əgər Sizə hər hansı əlavə məlumat lazım olsa, buyurun, müraciət edin və biz məmnuniyyətlə sizin bütün suallarınıza cavab verə bilərik. Bizimlə əlaqə qurmaq üçün bura müraciət edə bilərsiniz. (Əlaqə).