Əsas səhifə Saytın xəritəsi Sayt üzrə axtarış Əlaqə




Bizim komanda böyük iş təcrübəsinə malik peşəkarlardan ibarətdir. Baxmayaraq ki, bizim şirkət əsasən hava dalğıc işlərini 60 m-dək dərinlikdə icra edir, dalğıc heyətinin əksəriyyəti müvafiq hazırlıq keçmiş və 120 m dərinliyədək enmə təcrübəsinə malikdirlər. Bütün dalğıc heyəti yerli rəhbər təşkilatların tələblərinə uyğun hazırlıqla bərabər beynəlxalq təşkilatların (İMCA) sertifikatlarına malikdirlər. Bu cür hazırlıq yerli mütəxəssislərə, bəzi məsuliyyətli dalğıc işlərinin yerinə yetirilməsinin xaricdən mütəxəssis cəlb etmədən mümkünlüyünü təmin edir ki, bu da göstərilən xidmətlərin daha tez və ucuzluğuna dəlalət edir. Bəzi layihələrə biz xaricdən mütəxəssisləri dəvət edirik.

Həmçinin tətbiq edilmiş keyfiyyətin idarəetmə sisteminin tələblərinə uyğün olaraq, personalın ixtisas biliklərinin artırılması və sifarişçinin tələblərini təmin etmək naminə şirkətimiz periodik olaraq mütəxəssislərini təhsillərini artırmağa yönəldir. Bu cür təcrübə əməyin təhlükəsizliyinin təşkilini, müasir avadanlıqların tətbiqini və sualtı-texniki işlərdə yeni metodların tətbiqini təmin edir.

Bütün bu tədbirlərdə məqsəd görülən işlərin keyfiyyətinin artırılmasından ibarətdir. Əgər siz xidmətinizi təklif etmək istəyirsinizsə, bizim işlərdə iştirak etmək istəyirsinizsə, əgər sizə elə gəlir ki, sizin təcrübəniz bizə gərəkli ola bilər, xahiş edirik bizə məktubla müraciət ediniz. ya da bizimlə əlaqə saxlayın .