Əsas səhifə Saytın xəritəsi Sayt üzrə axtarış Əlaqə




Şirkət aşağıda qeyd edilən və növbəti fəaliyyətləri məhdudlaşdırmamaq şərti ilə müxtəlif növ dalğıc və sualtı-texniki işləri icra edir:
  • Dəniz dibinin, liman akvatoriyasının, hidrotexniki qurğuların sualtı hissələrinin, boru kəmərləri və digər kommunikasiyaların dalğıc tədqiqi;
  • Gəmi, hidrotexniki kommunikasiya və kommunikasiyaların sualtı hissələrində qaynaq, kəsmə, təmir və tikinti işlərinin icrası;
  • Sualtı video və foto çəkilişlər;
  • Gövdə konstruksiyaların sualtı hissələrinin qalınlığının təyini;
  • Gövdənin təmizlənməsi, montac-demontac işləri;
  • Müxtəlif təyinatlı HSA-larla (Heyətsiz Sualtı Apparatla) işlərin aparılması, tədqiqat və kiçik işçi aparatlar daxil olmaqla;
  • Dalğıc və sualtı texniki vasitələrin, hiperbalik tibb, dağılmış neft məhsulları ilə mübarizə və dağılmanın qarşısının alınması üçün mübarizə vasitələrini alqı-satqısı üzrə əmtəə əməliyyatlarının aparılması;
  • Dalğıc avadanlıqlarının incinirinq və istismarı: texniki, texnoloji və elmi təchizatı, dənizdə və yaxın hövzələrdə sualtı-texniki işlərin aparılması;
  • Dəniz və daxili hövzələrdə ekoloji problemlərin həllərində iştirak etmək.