ŞİRKƏT HAQQINDA
“DALĞIC” Fərdi Firmasının əsas fəaliyyətini, Xəzər dənizi hövzəsində icra olunan sualtı-texniki, hava-dalğıc, HSA (Heyətsiz Sualtı Apparat) və eləcə də gəmi təmiri işləri təşkil edir.
Şirkət öz fəaliyyəti üzrə ARDDA (Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası), RDDR (Rusiya Dəniz Donanma Registri), ABS (American Bureau of Shipping – Amerika Gəmiçilik Bürosu), DNV (Det Norske Veritas), BV (Bureau Veritas) kimi təşkilatlarda qeydiyyatdan keçmişdir.
Həmçının, 2004-cü ilin Mart ayından “DALĞIC” Fərdi Firması İMCA-nın (Beynəlxalq Dəniz Podratçıları Assosiasiyası) Dalğıc və HSA Şöbələri üzrə Podradçı-Üzvü kimi fəaliyyət göstərir.
